RU
Fərasət Qurbanov: “ Dövlətin vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün siyasi iradəsi var” - Audio
11:00
1006

Fərasət Qurbanov: “ Dövlətin vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün siyasi iradəsi var” - Audio

"Bu gün vətəndaş cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil”.
Bunu Sputnik Azərbaycana açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib:

"QHT vətəndaş cəmiyyətinin ən güclü institutlarından hesab olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT sektorunun gücləndirilməsi, onları ictimai problemlərin həllinə cəlb etmək üçün müəyyən tədbirlər həyata keçirir”.

"Əgər 2008-2009-cu illərdə bu sahədə müəyyən təcrübəsizliklər müşahidə olunurdusa, artıq zaman keçdikcə QHT-lər də təcrübə toplayıb, təkmilləşirlər. 2007-ci ilə qədər bizim ölkədə QHT-lər tam şəkildə xarici donorlardan asılı olub. Preizdent İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə QHT-lərə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Bu da dövlətin QHT-lərin fəaliyyətində maraqlı olduğunu, vətəndaş cəmiyyətinin inkişafında siyasi iradəsinin olduğunu ortaya qoydu” – deyə o bildirib.
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ