Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD terror qruplaşmasından azad edib.
7news.Az-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhər Azad Suriya Ordusunun nəzarəti altına keçib.
Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun isə bir əsgəri həlak olub, 10-u yaralanıb.
Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir. Əməliyyat “Fərat qalxanı” adını alıb.
7news.Az








