RU
Fərəc Cəlilov Avropa çempionatında birinci yerə layiq görülüb
09:42
1969

Fərəc Cəlilov Avropa çempionatında birinci yerə layiq görülüb

Fərəc Cəlilov 06.06.2016 – 12.06.2016 tarixlərində Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən Pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq birinci yerə layiq görülüb.

Fərəc ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək “squat” hərəkətində 250 kq, “bench-press” 190 kq, “deadlift” 310 kq qaldırıb 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb. Qeyd edək ki, yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib.

Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası Pauerliftinq üzrə hətta Mütləq Avropa və Dünya Çempionu titulunu qazanmışdır və Dünya rekorduna imza atmışdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ