Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumu, dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevə hökm oxunub.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə V.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Əliyev Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib. V.Əliyev uzun müddət axtarışda olub və ötən il həbs edilib.
F.Əliyev 2005-ci il oktyabrın 19-u parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Hakimiyyət çevrilişinə cəhddə ittiham edilən sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb./qafqazinfo
7News.az








