RU
Fərid Mansurova yüksək vəzivə verildi - NAZİRLİKDƏ (ÖZƏL+FOTOLAR)
15:03
3905

Fərid Mansurova yüksək vəzivə verildi - NAZİRLİKDƏ (ÖZƏL+FOTOLAR)

7News.az-ın verdiyi məlumata görə Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə Olimpia Çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinə rəhbər təyin edilib. Bu barədə nazirlikdə keçirilən görüşdə Azad Rəhimovun məlumat verib və çempionu kollektivə təqdim edib.

 

10 may1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur. Ailəsi1984-cü ildə Bakıya köçmüşdür. 1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsən oğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutut. Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. 2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərovonu gənclərin dünya çempionatına deyil, birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra dünya çempionatının gümüş medalçısı olur. 2004-cü ildə sonra üç il ərzində belindəki zədə üzündən məşq edə bilmir.2007-ci ildə yenidən idmana qayıdır və Bakıdakı dünya çempionatında qızıl medal alır və Pekin Olimpiadasına vəsiqə əldə edir. Olimpiadada xəstələnməsi səbəbindən məğlub olur. 2009-cu ildə bu uğursuzluğun əvəzini çıxaraq növbəti dəfə dünya çempionu olur. 30 iyun 2010- cu ildə Fərid Mansurov son dünya çempionunda aldığı zədəyə görə idmandan getdiyini elan edir. Həmin gün o yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilir. Azərbaycan Respublikası Prezdidentinin Sərancamları ilə 2002-ci ildə "Tərəqqi” medalı ilə, 2004-cü ildə isə "Şöhrət” ordeninə layiq görülüb

 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ