Biləsuvar rayonunun Xırmandakı kəndində baş verən qətl hadisəsi ilə bağlı daha bir nəfər saxlanılıb.
Rayon polis şöbəsinin əməkdaşları "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada çoban işləyən Nabil Rəhmanovun qətlində şübhəli şəxs qismində saxlanılan Dilarə Orucəliyə və qardaşı Fəqan Orucəliyevin atası Həbib Orucəliyevi də həbs edib.
Onun qətl hadisəsi ilə bağlılığı araşdırılır.
***
Daxili İşlər Nazirliyi Biləsuvar rayonununXırmandalı kəndində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, kənd ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva və qardaşı Fəqan Orucəliyev tutulub.
Xatırladaq ki, Biləsuvar rayonunun Muğan adlanan Obalıq ərazisində əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov sübh tezdən mal-qarasını otarmaq üçün evdən çıxıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Yaxınları onun meyitini tapıblar.








