Avqustun 3-ü səhər saat 10 radələrində Bərdə rayon Türkmən kəndi ərazisindən Seymur Bayramovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirildiyi barədə RPŞ-yə məlumat daxil olub.
7news.Az xəbər verir ki, məlumatla əlaqədar Bərdə Rayon Polis Şöbəsində dərhal əməliyyat-axtarış qrupu yaradılıb.
"İsti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər rayon sakini Fərid Əzizov saxlanılıb. F. Əzizov hadisəni Türkmən kəndində birlikdə işlədikləri fermada münaqişə zəminində törtədiyini etiraf edib. Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Yaralı əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
7news.Az








