"Özünü azad sözün carçısı kimi qələmə
verməyə çalışan bəzi media orqanları pambıqçılığı rentabelli olmayan, insan əməyinin
istismar edildiyi sahə kimi qələmə verməyə çalışırlar. Xatırlatmaq istəyirəm
ki, pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli
sahəsi hesab olunur".
TV7.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin
ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov
səsləndirib. O, bildirib ki, dövlət emal müəssisələrinə təhvil verilən pambığın
hər tonuna görə fermerə 100 manat subsidiya ödəyir, bundan başqa hər hektar
pambıq əkinində istifadə olunan gübrə və pestisidlər şəklində fermerlərə əlavə
200 manat subsidiya verilir:
"Yəni, fermer
hər hektardan orta hesabla 30 sentner məhsul götürürsə, dövlətdən 500 manat
subsidiya alır. Pambıq əkinindən çoxlu gəlir götürən çoxsaylı fermerlər var. Həmin
media qurumları pambıqçılıqla bağlı real vəziyyəti ortaya qoymaq istəyirsə,
dırnaqarası "aqrar ekspertlərdən" deyil, əsl fermerlərdən müsahibə
götürsünlər".
Belə fermerlərdən
bir neçəsinin fikirlərini sizlətə təqdim edirik. Fermerlərin fikirləri ilə
aşağıdakı linkdən tanış ola bilərsiniz:








