Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində təşkilatın 12 milyard lirəlik varidatı müsadirə olunaraq dövlətin nəzarətinə verilib.
7News.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ətraf Mühit və Şəhərçilik naziri Mehmet Özhaseki məlumat verib.
Nazir qeyd edib ki, hazırda FETÖ-nün 2514 ədəd daşınmaz əmlakı müsadirə olunub.








