Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Аkar ABŞ-a səfərə gedib.
7news.Az xəbər verir ki, bu barədə xəbəri NTV telekanalı yayıb.
Akar İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya üzv ölkələrin baş qərargah rəhbərlərinin iclasında iştirak edəcək.
Qeyd edək ki, koalisiyaya 65 ölkə daxildir.








