Türkiyədə hərbi çevrilişə cəhdin əsas təşkilatçısı Fətullah Gülənin qardaşı həbs edilib.
Bu ayın 2-də nəzarətə götürülən Kutbəttin Gülən terror təşkilatına üzv olmaqda günahkar bilinib. Məhkəmədə onun üçün ayrılan vəkillərin köməyindən imtina edən Gülən iddia edib ki, onun heç bir terror təşkilatı ilə bağlantısı yoxdur. Amma dövlət ittihamçısının irəli sürdüyü dəlillər Gülənin həbs edilməsi üçün kifayət edib.
7News.az







