Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Məsih Gülənin oğlu Selman Güləni yaxalayıblar.
Bu barədə "TRT Haber” məlumat yayıb.
Bildirilib ki, S. Gülən 1 ilə yaxındır ki, sözügedən evdə gizlənərək təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olub.
Şübhəli şəxslər ölkənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.








