7NEWS.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin bəyanatında Milli Rifah Fondunun vəziyyəti ilə bağlı təfərrüatlar yer alıb. Açıqlamada fondun həcminin fevral ayında 336 milyard rubl artdığı, buna uyğun olaraq ümumi həcmin də martın 1-nə kimi 12,3 trilyon rubla yüksəldiyi bildirilib. Açıqlamada ehtiyatların ümumi daxili məhsula (ÜDM) nisbətinin 6,8 faiz olduğu paylaşılıb. Son illər Rusiya hökuməti Milli Rifah Fondunda dollar və avronun payını sıfıra endirməklə yanaşı, qızıl və yuanın payını artırıb.
7NEWS.az








