RU
FHN Daşkəsəndəki dəhşətli yanğınla bağlı məlumat yaydı
09:49
332

FHN Daşkəsəndəki dəhşətli yanğınla bağlı məlumat yaydı

Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

FHN-dən 7News.Az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.​

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ