RU
FHN də “Günəşli”dəki vəziyyətlə bağlı açıqlama yaydı
15:58
436

FHN də “Günəşli”dəki vəziyyətlə bağlı açıqlama yaydı

"Günəşli” yatağında baş verən qaz təzahürü ilə bağlı FHN məlumat yayıb.

7News.Az qurumun saytına istinadən xəbər verir ki, "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ