Fövqəladə Hallar Nazirliyi bu gün Samuxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonu, Çobanabdallı kəndində “Daewoo” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması barədə müraciət daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildən sürücü 1988-ci il təvəllüdlü Məmmədov Nizami Məhərrəm oğlu və sərnişin 1988-ci il təvəllüdlü Atayeva Xatirə Qaçay qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 09:55-da başa çatıb./atv
7news.az








