Çaylarda suyun səviyyəsinin artması nəticəsində Cəlilabad rayon Uzuntəpə kəndində də 50 ev suyun altında qalıb.
7news.az-ın məlumatına görə, stansiya adlanan yaşayış massivində həyətlərə yığılmış suyun səviyyəsi artıq 1 metri ötüb.
Yerli sakinlərin bir çoxu evlərindən digər yerlərə köçürülsə də, öz evlərində yaşamaqda davam edənlər də var. Sel suları evlərlə yanaşı kəndlilərin təsərrüfatına da ciddi ziyan vurub.
Sözügüdən Kənd Cəlilabadda əksər çayların mənsəbi hesab olunan Mahmudçala ovçuluq təsərrüfatına yaxın ərazidə yerləşdiyindən sel sularına daha çox məruz qalan ərazidir.
Burada suyun axınını asanlaşdırmaq məqsədi ilə əlavə kanallar qazılsa da evlərinin həyətində suyun səviyyəsin hələ ki, azaltmaq mükün olmayıb. Əraziyə toplanmış su dəmiryol nəqliyyatında da çətinliklər yaradıb.
Günorta saatlarında FHN-nin əməkdaşları helikopterlə əraziyə baxış keçiriblər. Sel sularının həyətlərdən təmizdənməsi istiqamətində işlər davam etdirilir.
7news.az









