RU
FHN ilkin məlumatı AÇIQLADI: Zəlzələ ilə bağlı dağıntı və itki qeydə alınmayıb – YENİLƏNİB + CANLI YAYIM
00:53
358

FHN ilkin məlumatı AÇIQLADI: Zəlzələ ilə bağlı dağıntı və itki qeydə alınmayıb – YENİLƏNİB + CANLI YAYIM

Zəlzələ ilə əlaqədar olaraq, dağıntı və itki barədə FHN-ə məlumat daxil olmayıb.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

00:43

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.


00:07

Xəzər dənizinin Dağıstan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib.

Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ həmçinin Xaçmaz rayonunda da hiss edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ