Xəbər verildiyi kimi, aprel 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
7News.Az xəbər verir ki, bununla əlaqədar, meyitin tanınması və vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.








