RU
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatıb
20:03
190

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş yanğınlarla mübarizə məqsədilə dünən yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş ölkəyə çatıb.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasetmə qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ