RU
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb
19:38
128

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına yola düşüb.


7NEWS.Az-ın məlumatına görə, yanğın xilasetmə qrupu Bakı vaxtı ilə 19:30-da yola çıxıb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri Məmməd Xəlilli jurnalistlərə açıqlamasında 200 nəfərdən ibarət xilaetmə qrupunun qardaş ölkədə baş verən yanğınlarla mübarizə üçün böyük ruh yüksəkliliyi ilə yola düşdüklərini deyib.

Qeyd edək ki, yanğınla mübarizə məqsədi ilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətlərini davam etdirirlər.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ