Dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğının söndürülməsi prosesi davam edir.
Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Hadisə nəticəsində itkin düşənlərin axtarışlarına gəlincə, nazir müavini bildirib ki, bu istiqamətdə də işlər aparılır: "Hadisə nəticəsində itkin düşənlərin axtarışlarına vertolyot və təyyarələr də cəlb edilib. Axtarışlar davam etdirilir"./trend
7news.az








