Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 15 km aralıda nəzarətsiz ərazidə) azyaşlının qayıqdan suya sürüşüb düşməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, azyaşlı Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
7news.Az








