Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, çoxmərtəbəli yaşayış binasının lifti texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında hərəkətsiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri liftin motor otağına əlavə qaldırıcı qurğu quraşdıraraq liftin kabinəsini birinci mərtəbəyə endirib və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
7news.az








