RU
FHN: Özünü dənizə atan şəxs XİLAS EDİLİB
16:20
398

FHN: Özünü dənizə atan şəxs XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən 7News.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində

 

23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və bir nəfərin özünü dənizə atması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla yeddi nəfər, o cümlədən Dənizkənarı Milli Parkda özünü dənizə atmış şəxs xilas edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ