Fici Respublikasına məxsus olan Kandavu adasının cənub-qərb sahillərində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avstraliya Geoloji Xidməti öz saytında məlumat verib.
Məlumatda deyilir ki, zəlzələnin episentri 10 mindən çox əhalisi olan adanın 35 kilometr cənubunda, ocağı isə təqribən 550 kilometr dərinlikdə qeydə alınıb.
Zərərçəkmişlər və dağıntılar haqqında informasiya daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.








