RU
FİFA-nın keçmiş prezidenti öldü
16:32
1118

FİFA-nın keçmiş prezidenti öldü

FİFA-nın keçmiş prezidenti Joao Avelanj bu gün səhər vəfat edib. 

7News.az Mundo Deportivo-ya istinadən bildirir ki, 100 yaşlı Avelanj pnevmoniyaya qalib gələ bilməyib. O, iyul ayında Samaritano hospitalına yerləşdirilmişdi. Həmçinin 2014-cü ildə də nəfəs yollarının infeksiyası diaqnozu ilə də xəstəxanaya düşmüşdü. 

Joao Avelanj 1916-cı il mayın 8-də Rio-de-Janeyroda anadan olub. Silah satışı ilə dolanan belçikalı atasına rəğmən, oğul idman dünyasına meyl edib. Avelanj FİFA-nın 7-ci prezidenti olub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ