RU
FİFA və UEFA Gürcüstan-Yunanıstan matçının təxirə salınması ilə bağlı müraciətə rədd cavabı verib
18:00
631

FİFA və UEFA Gürcüstan-Yunanıstan matçının təxirə salınması ilə bağlı müraciətə rədd cavabı verib

Gürcüstan Futbol Federasiyası (GFF) futbol üzrə dünya çempionatı 2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin növbəti turu çərçivəsində Batumi mərkəzi şəhər stadionunda keçiriləcək Gürcüstan-Yunanıstan matçının təxirə salınması üçün FİFA və UEFA-ya müraciət edib.

Bu barədə GFF-nin bəyanatında bildirilib.

Qeyd olunub ki, Batumidəki faciəvi hadisə ilə əlaqədar FİFA və UEFA-ya matçın təxirə salınması üçün rəsmi məktub göndərilib, lakin müraciət qəbul edilməyib.

"Bu səbəbdən oyun təyin edilmiş vaxtda, həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq”, - bəyanatda bildirilib. Eyni zamanda, futbolçular meydana qara sarğı ilə çıxacaqlar./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ