Fillər bizim dostumuzdur. O vaxta qədər ki, onları əsəbləşdirməyək. Onlar əsəbiləşəndə insana zərər vura bilər.
7News.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Hindistanın Kerala ştatında filin özündən çıxması nəzarətçinin ölümü ilə nəticələnib. Kottayam dairəsində baş verən hadisədə nəhəng heyvan Arun Panikkarı tapdalayıb.
Hadisənin videosu da var. 40 yaşlı nəzarətçi fil ilə kobud davranır. Filin oturması üçün onu ucu iti çubuqla bizləyir. Heyvan dözmür və zərbə endirir. Arun filin altına düşür. Heyvan tövrünü pozmadan onun üstündə oturur və qalxmır.
Panikkarın köməyinə həmkarı vaxtında çatıb. Amma filin heç cür ayağa qaldıra bilməyib. Buna nail olanda isə nəzarətçinin keçindiyi məlum olub.
Polis hadisəni ətraflı araşdırmağa çalışır.

7News.Az