Rusiyanın, Ukrayna və Moldovanın xalq artisti Filipp Kirkorov Soçidə "Novaya volna” musiqi festivalının işçi heyətini söyüb.
7News.Az xəbər verir ki, Kirkorovun musiqi festivalının işçi heyətini söyməsi ilə bağlı video "İnstagram"da "sochi_on_line" səhifəsində paylaşılıb.
"Mən kamera ilə bir saat məşq etməyənədək, sizİn şou * (maraqlı deyil) başlamayacaq. Hamınıza aydındırmı?! Və * (tüpürüm), mənə nə sizin efir birbaşa yayımlanır! Nə qədər ki, mən çıxış edəcəyim mahnını kamera ilə məşq etməmişəm, oxumayacam! Saat yarım mənimlə kamera ilə * (çalışacaqsınız). O vaxtadək burada hər hansı kamera, ümumiyyətlə, heç nə peyda olmayacaq!”- Kirkorov qışqırıb. Onun səsini isə mikrofonlar açıq olduğundan ətrafdakılar da eşidib.
Qeyd edək ki, Kirkorovun nümayişkəranə formada söyüş söyməsi birinci dəfə deyil. O 2018-ci ildə "Avrovizion” mahnı musiqi festivalı çərçivəsində İsveç telekenalına müsahibəsi zamanı qonşu otaqdan gələn səs-küyə görə oradakıları söymüşdü. /ölkə








