RU
Filippin prezidenti əmr verdi —
18:00
513

Filippin prezidenti əmr verdi — "Etiraz edəni güllələyin"

Filippin prezidenti Rodrigo Duterte yeni əmr verib.

Duterte narkotik maddə basqınlarında həbs edilməyə qarşı çıxanları öldürməyin mümkün olduğunu deyib.

Bir neçə gün əvvəl "narkotik maddələrə qarşı müharibə" çərçivəsində 17 yaşlı bir tələbə polis tərəfindən vəhşicəsinə qətlə yetirilib. Duterte Maniladakı prezident sarayında öldürülən tələbə Kian Loy delos Santosun ailəsini qəbul edib.

Duterte "Milli Qəhrəmanlar Günü"ndə çıxışını yarıda kəsərək polisə deyib: "Vəzifəniz həbs etdiyiniz insanın müqavimətini sındırmağı tələb edir. Əgər kimsə müqavimət göstərirsə və tabe olmursa, axmaqları öldürə bilərsiniz. Bu sizin üçün əmrimdir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ