RU
Filippində 120 sərnişini olan bərədə yanğın baş verib
13:52
26

Filippində 120 sərnişini olan bərədə yanğın baş verib


7NEWS.az xəbər verir ki, Filippində gecə saatlarında bərədə yanğın baş verib. Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, yerli vaxtla saat 03:55-də Filippinin Siquijor adasından Bohol əyalətindəki Taglibaran limanına üzən MV Esperanza Star sərnişin bərəsində yanğının baş verdiyi bildirilib. Təxminən 120 sərnişin daşıdığı öyrənilən bərəyə ilk müdaxilənin yaxınlıqdakı balıqçı qayıqları və sahil təhlükəsizlik gəmisi tərəfindən edildiyi, yanğın yayılmadan bütün sərnişinlər və ekipajın gəmidən təxliyyə edildiyi öyrənildi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ