Filippinin Leyte bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib.
7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. USGS-in məlumatına görə, 5,7 bal gücündə zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb.
7NEWS.az








