7NEWS.az xəbər verir ki, Dünən Cənub-Şərqi Asiya ölkəsi Filippinin mərkəzi hissəsində Antik bölgədə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq xəndəyə düşüb. Bölgəyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib. Qəza nəticəsində 17 nəfərin öldüyü, 11 nəfərin yaralandığı açıqlanıb. Yaralıların xəstəxanalara çatdırıldığı və xilasetmə işlərinin tamamlandığı bildirilib. Qubernator Rodora Kadiao mətbuat konfransında avtobusun əyləclərinin sıradan çıxdığını bildirib.
7NEWS.az








