7NEWS.az xəbər verir ki, Polisin verdiyi açıqlamada Manilanın ən sıxlıq bölgələrindən biri olan Chinatown-da bir binanın birinci mərtəbəsindəki restoranda yanğın baş verdiyi bildirilib.
Açıqlamada alovun ikinci və üçüncü mərtəbələrə də təsir etdiyi, yanğının təxminən 2 saat ərzində nəzarət altına alındığı bildirilib.
Açıqlamada hadisə nəticəsində restoran işçiləri də daxil olmaqla azı 11 nəfərin öldüyü, yanğının baş vermə səbəblərinin araşdırıldığı bildirilib.
Manila Bələdiyyə Başçısı Honey Lacuna da həyatını itirənlərin yaxınlarına başsağlığı verib və köhnə binaların təhlükəsizliyi ilə bağlı yoxlamaların artırılacağını bildirib.
7NEWS.az








