RU
Filippində “Meqi” qasırğasında ölənlərin sayı 178-ə çatıb
11:30
272

Filippində “Meqi” qasırğasında ölənlərin sayı 178-ə çatıb

Filippində 2,08 milyondan çox insan "Meqi” tropik qasırğasının təsirinə məruz qalıb, 178 nəfər həlak olub.

Bu barədə Respublikanın Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Bərbəri üzrə Milli Şurasının dərc olunmuş hesabatında deyilir.

Agentliyin məlumatına görə, yerdəyişməyə məruz qalan 176 mindən çox insan 450 təxliyə mərkəzindədir. Siklon 9 rayona yayılıb, 33,4 min nəfər əvvəlcədən təxliyə edilib, 111 nəfər itkin düşüb.

"Meqi” 10,5 min evə ziyan vurub, 760 ev tamamilə məhv olub. ilkin zərərin məbləği 709,5 min peso (13,5 min ABŞ dolları) təşkil edib. Kənd təsərrüfatına dəymiş zərərin məbləği 257 milyon peso (4,9 milyon dollar), 45 infrastruktur obyektinə 6,95 milyon peso (133,2 min dollar) ilə qiymətləndirilir.

825 sel hadisəsi qeydə alınıb. 309 yol və 15 körpü zədələnib. 76 şəhərdə elektrik enerjisi, su təchizatında fasilələr qeydə alınıb. Lakin onlardan 12-si artıq bərpa olunub. 3 munisipialitetdə su təminatı ilə əlaqədar problemlər qalır.

8 regionda 193 təhsil müəssisəsində məşğələlər, 140 müəssisədə isə iş dayandırılıb. İşinə fasilə verməli olan 41 limandan 6-sı fəaliyyətini bərpa edib. 17 şəhər və munisipialitetdə fövqəladə vəziyyət hökm sürür.

Hökumət 63,8 milyon peso (1,21 milyon dollar) yardım ayırıb.

Qeyd edək ki, aprelin 10-da Filippinin şərqindəki Samar, Biliran və Leyte adalarında "Meqi" tropik qasırğası baş qaldırıb. Hadisə zamanı küləyin maksimal sürəti 20,8 m/san.-dən 29,1 m/san.-yə çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ