Filippində daha 2 nəfərdə M pox virusunun (mpox) aşkarlanması ilə ölkə daxilində yoluxma sayı 3-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, M pox virusunun daha yüngül variantı olan Clade 2-nin paytaxt Manila və ətraflarında yaşayan 30 yaşlarında iki nəfərdə aşkar edildiyi bildirilib. Filippində yeni M-pox variantının yaratdığı qlobal epidemiya dalğasında aşkar edilən aktiv hadisələrin sayı 3-ə çatıb. Bu il ilk M pox hadisəsi avqustun 19-da Filippində aşkar edilib.
7NEWS.az








