7NEWS.az xəbər verir ki, Filippində baş verən sürüşmə nəticəsində ölənlərin sayı artır. Ölkənin cənubundakı Davao de Oro əyalətinin Mako şəhərində qızıl mədəninin yaxınlığında baş verən təbii fəlakətdə həyatını itirənlərin sayı 68-ə yüksəlib. İtkin kimi qeydə alınan 51 nəfərdən hələ də xəbər olmadığı bildirilsə də, Maco şəhərinin fəlakət rəsmisi Ariel Kapoy səlahiyyətlilərin sabahdan etibarən axtarış-xilasetmə işlərinə son qoyacağını bildirib.
7NEWS.az








