7NEWS.az xəbər verir ki, Sierra Leone bayraqlı "MV Hong Hai 189” dredderi Filippinin Korreqidor adasında Marşal adaları bayraqlı "MT Petite Soeur” adlı yanacaq tankeri ilə toqquşub. Qəzadan sonra dredder çevrilib. Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada yük gəmisindəki 20 ekipaj üzvündən 18-nin xilas edildiyi, Çin vətəndaşının cansız cəsədinin tapıldığı açıqlanıb. Bildirilib ki, havadan və dənizdən aparılan əməliyyatla itkin düşən 1 dənizçinin axtarışları davam edir. Yanacaq daşıyan tankerin 21 ekipaj üzvünün sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Zədələnmiş tanker sahil mühafizə qruplarının nəzarəti altında Manila limanına aparılıb. Yük gəmisinin taleyinə ekspertizalardan sonra qərar veriləcəyi bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az








