Filippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbindən ölkədə minlərlə insan təxliyə edilib.
7NEWS.az xəbər verir ki, Filippin Meteorologiya Xidməti qasırğanın ölkənin şimal-qərbindəki Caqayan və Batanes bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb. Səlahiyyətlilər tayfunun öz marşrutu üzrə yaşayış məntəqələrinə güclü yağışlar yağdıraraq quruda daşqın və sürüşmələrə, okeanda 3 metrlik dalğalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib..
7NEWS.az








