RU
Fillərin genetikası pozuldu - Artıq dişsiz doğulurlar
21:25
656

Fillərin genetikası pozuldu - Artıq dişsiz doğulurlar

Afrikada gedərək artan qanunsuz ov fəaliyyəti səbəbiylə qitədəki 174 fil növünün 98 faizi təhlükə altındadır.

Qanunsuz ovçular fillər üzərinə insan əliylə edilmiş genetik seleksiya təsirinə səbəb olur. ABŞ-ın Elephant Voices (Fil Səsi) adlı dərnəyinin başçısı olan Coys Pul, ovçuların ən yaxşı dişlərə sahib filləri ovladıqlarını, bununla da həmin heyvanların yeni nəsillərinin gedərək gücsüzləşdiyini bildirib.

Pulun sözlərinə görə, həmin fillər nəsil artırmamış ovlanırlar, bu səbəbdən də güclü fil genləri yeni nəsil fillərə keçə bilmir. Yeni genetika ilə doğulan fillərdə mənfiyə doğru dəyişiklik müşahidə olunur. Hətta bir çox bala fil dişsiz doğulur və vəhşi təbiətdə müdafiəsiz qalır. Bu da qanunsuz ovçuluğun Afrikadakı fillər üzərində təxmin ediləndən daha çox mənfi təsirinin olduğu göstərir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ