RU
Film kimi cinayət: 750 kiloqram qızıl oğurlandı
12:40
308

Film kimi cinayət: 750 kiloqram qızıl oğurlandı

Naməlum şəxslər Braziliyanın San Paulu şəhərindəki beynəlxalq hava limanından 750 kiloqram qızıl oğurlayıblar.

Bu barədə "Globo" portalı xəbər verib. Cinayətkarlar iyulun 25-də hava limanına polis avtomobilinə bənzəyən iki maşınla gəliblər. Onlar həmçinin hüquq-mühafizə orqnlarının formasını geyinib silahlanmışdılar.

Yük terminalına girdikdən sonra cinayətkarlar Brink's şirkətinə məxsus ikasator furqonunu qarət edərək qaçıblar.

Oğurlanan qızılın dəyəri 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Trend

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ