Rusiyanın Krasnoyarsk şəhərinin Kirovski rayonunda inkassatorlar silahlı hücum nəticəsində qarət olunublar. 7News.Az-ın verdiyi xəbərə görə, həmin görüntülər "Telegram"ın «LIFE SHOT» kanalında dərc olunub. Kadrlardan göründüyü kimi, iki silahlı şəxs inkassatorlara yaxınlaşıb atəş açır və çantaları götürüb qaçırlar. Rəsmi məlumata əsasən, inkassatorların hər ikisi güllə yarası alıb. Onlar güllə keçirməyən gödəkçələr geyinmiş olsalar da, vəziyyətləri orta ağırdır. 7News.Az