RU
Finlandiya MN: Rusiya helikopteri ölkənin hava məkanını pozub
23:20
2754

Finlandiya MN: Rusiya helikopteri ölkənin hava məkanını pozub

Rusiyaya məxsus helikopter Finlandiyanın hava məkanına daxil olub.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Rusiya HHQ məxsus Mi-17 tipli helikopter ölkənin hava məkanına icazəsiz 5 kilometr daxil olub. Bu, rus aviasiyasının Finlandiyanın hava məkanına qanunsuz daxil olması ilə bağlı ay ərzində birinci, il ərzində isə ikinci faktdır.

Qeyd edək ki, aprelin 8-də Rusiyaya məxsus hərbi təyyarə qısa müddətə Finlandiyanın hava məkanına daxil olmuşdu.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ