Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, ölkə parlamentində NATO-ya qəbul məsələsi ilə bağlı dinləmələr keçiriləcək.
Baş nazir parlamentin məsələ ilə bağlı məqbul qərar qəbul olunacağına ümid etdiyini bildirib.
Marinin sözlərinə görə, bununla bağlı müzakirələr artıq müxtəlif səviyyələrdə - departamentlərdən tutmuş Prezidentə qədər gedir. Finlər Şimali Atlantika Alyansına həmişə şübhə ilə yanaşıblar, lakin Rusiyanın Ukraynaya hücumu rəy sorğularının nəticələrinə təsir edib. İndi Finlandiya sakinlərinin təxminən 50%-i öz ölkəsini NATO üzvü kimi görmək istəyir./report
7NEWS.Az








