RU
Finlandiya patlamentində NATO-ya üzvlük təşəbbüsünə baxılacaq
10:00
251

Finlandiya patlamentində NATO-ya üzvlük təşəbbüsünə baxılacaq

Finlandiya parlamentində ölkənin NATO-ya daxil olması ilə bağlı irəli sürülən vətəndaş təşəbbüsünə baxılacaq.

Qeyd olunub ki, təşəbbüsün parlamentə baxılması üçün tələb olunan 50 imza artıq toplanb.

Müəlliflərin fikrincə, NATO-ya üzvlük status-kvonu hüquqi cəhətdən gücləndirə və Finlandiyanın xarici təhlükələrə tab gətirmək qabiliyyətini xeyli artıra bilər.

Təşəbbüsün mətnində deyilir ki, NATO müqaviləsinin 5-ci maddəsi ilə təmin edilən müdafiə öhdəlikləri Finlandiyanın müdafiəsinə inamı əhəmiyyətli dərəcədə artıracaq və xarici güclərin hərbi-texniki müdaxiləsini bugünkündən daha riskli edəcək.

Təşəbbüs fevralın 21-də yaradılıb. Fevralın 26-sı saat 21:00-a olan məlumata görə, sənədə 50 570 imza toplanıb. Eyni zamanda, onların sayı artmaqda davam edir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ