7NEWS.az xəbər verir ki, Aprelin 2-də Finlandiyada keçirilən seçkiləri birinci yerdə tamamlayan Milli Koalisiya Partiyasının lideri Petteri Orpo Həqiqi Finlər Partiyası, İsveç Xalq Partiyası və Xristian Demokratlar Partiyası ilə hökumət qurmaq üçün gələn həftə danışıqlara başlayacağını açıqlayıb.
Finlandiyanın YLE xəbər agentliyinin məlumatına görə, Orpo parlamentdə çoxluğu təmin etmək üçün ya keçmiş baş nazir Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası, ya da sağçı Həqiqi Finlər Partiyası ilə ittifaq yaratmalıdır.
7NEWS.az








