RU
Finlandiyada jurnalistlər güllələndi - Ölkə yas içindədir
11:59
346

Finlandiyada jurnalistlər güllələndi - Ölkə yas içindədir

Avropanın ən sakit ölkələrindən biri sayılan Finlandiyada atəş səsləri eşidilib.

7News.Az-ın məlumatına görə, Rusiya ilə həmsərhəd İmatra şəhərində baş verən insident nəticəsində 3 nəfər həyatını itirib. Şimali Avropa ölkəsi üçün xarakterik olmayan bu cinayət hadisəsindən sonra məlum olub ki, ölənlərin hər üçü qadındır. Onlardan biri şəhər sovetinin başçısı, digər ikisi isə jurnalistlərdir.

Hadisənin motivi məlum deyil. Yerli polis idarəsi atəş açan şəxsin saxlanıldığını bildirsə də, əlavə heç bir məlumat verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ