RU
Finlandiyada neonasist qrupun 3D printer ilə silah istehsal etdiyi aşkarlanıb
12:36
57

Finlandiyada neonasist qrupun 3D printer ilə silah istehsal etdiyi aşkarlanıb


Finlandiya polisi və Milli Təhqiqat Bürosu (NBI) 3D çap edilmiş odlu silahlardan istifadə etməklə terror aktları hazırlamaqda şübhəli olduqları neonasist ekstremist qrupla bağlı araşdırmaya başlayıb.

7NEWS.az xəbər verir ki, Helsinkidən təxminən 100 km şimal-qərbdə yerləşən Lahti şəhərində fəaliyyət göstərəcəyi və ən azı 4 üzvün olduğu açıqlanan qrupun 4 ədəd FGC-9 3D çap edilə bilən 9 mm-lik pulemyota sahib olduğu üzə çıxıb. Polis qruplaşmanın silahları özləri istehsal etdiyinə inanır.

Polis həmçinin tüfənglə birlikdə təxminən 1500 patron, qeyri-qanuni olaraq odlu silaha çevrilmiş daha az öldürücü tapança və müxtəlif ifrat sağçı materiallar ələ keçirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ