7NEWS.az xəbər verir ki, Yanvarın 28-də Finlandiyada keçirilən prezident seçkiləri heç bir namizədin 50 faizdən çox səs toplamaması səbəbindən ikinci tura buraxılıb. Bu gün keçirilən ikinci turda səslərin 99,7 faizinin hesablanmasından sonra qeyri-rəsmi nəticələrə görə səslərin 51,6 faizini toplayan keçmiş baş nazir Aleksandr Stubb ölkənin yeni prezidenti olub. "Finlandiya prezidenti kimi xidmət edə bildiyim üçün son dərəcə xoşbəxtəm və minnətdaram" deyən Stubb seçkilərdə qələbəsini həyatının "ən böyük şərəfi" adlandırıb.
7NEWS.az








